Biznes TV vakansiyaları
Biznes TV haqqında
Son illərdə həm qlobal, həm də yerli iqtisadiyyat keyfiyyətcə yeni mərhələyə qədəm qoyub. Rəqəmsallaşma, yeni biznes modelləri, geosiyasi risklər və bazar dalğalanmaları artıq yalnız iri şirkətlərin deyil, adi vətəndaşların gündəlik qərarlarına da birbaşa təsir göstərir. Belə bir şəraitdə iqtisadi savadlılıq, biznes təfəkkürü və düzgün qərarvermə bacarığı zərurətə çevrilib. Bununla belə, Azərbaycan media məkanında iqtisadi maarifləndirmə, sahibkarlıq hekayələrinin peşəkar təqdimatı və sağlam biznes mədəniyyətinin formalaşdırılması istiqamətində ciddi boşluq mövcuddur. Xəbər axını var, lakin “Bloomberg”, “CNBC” və “Euronews Business” kimi kanalların daşıdığı strateji rolu yerinə yetirən milli platforma demək olar ki, yoxdur. Biznes TV məhz bu boşluğu doldurmaq missiyası ilə yaradılıb. 2024-cü il aprelin 25-də — Sahibkarlar Günündə təsis olunub, həmin il oktyabrın 18-də Azərbaycan Respublikası Audiovizual Şurasının qərarı ilə platforma yayımçısı lisenziyası (PY-023) alıb. 2025-ci ilin aprel ayından etibarən isə aktiv fəaliyyətə başlayıb. Elə həmin ilin avqustundan 7/24 yayıma başlanılıb. Hazırda 10-dan artıq platformada Biznes TV-ni izləmək mümkündür.