Vakansiya məlumatları
| Vəzifə | Təcrübəçi müxbir |
|---|---|
| Şirkət | Biznes TV |
| Sahə | Marketinq və Reklam |
| Yerləşdiyi yer | Bakı, Azərbaycan |
| İş qrafiki | Təcrübə (staj) |
| İş formatı | Ofisdə |
| Əmək haqqı | Razılaşma yolu ilə |
| Elan tarixi |
Vakansiya Haqqında
BİZNES TV - TƏCRÜBƏÇİ MÜXBİR VAKANSİYASI
BİZNES TV təcrübəçi müxbir vakansiyası elan edir!
Jurnalistikaya marağı olan, praktiki təcrübə qazanmaq və media sahəsində özünü inkişaf etdirmək istəyən gəncləri komandamıza dəvət edirik.
Namizədə tələblər
• Jurnalistika və media sahəsinə marağın olması;
• Azərbaycan dilində səlis və düzgün danışıq bacarığı;
• Ünsiyyətcil, təşəbbüskar və məsuliyyətli olmaq;
• Kamera qarşısında sərbəst danışmaq bacarığı və ya bunu inkişaf etdirmək istəyi;
• Müsahibə aparmaq və düzgün sual vermək bacarığı; • Operativ işləmək və gündəmi izləmək; • Araşdırma aparmaq və məlumat toplamaq bacarığı;
• Komanda ilə işləmək bacarığı;
• Sosial şəbəkələr və rəqəmsal media ilə işləməyə maraq; • Bakı şəhərində çəkilişlərdə iştirak etmək imkanı. Könüllü müxbirlər nə edəcək?
• Xəbər və reportajların hazırlanmasında iştirak edəcək;
• Küçə sorğuları və müsahibələr aparacaq;
• Müxtəlif tədbir və çəkilişlərdə müxbir kimi iştirak edəcək;
• Mövzu araşdıracaq və çəkiliş üçün material hazırlayacaq;
• Redaksiya ilə birlikdə yeni mövzu və ideyalar üzərində işləyəcək.
Təcrübə tələb olunmur. Əsas üstünlüyümüz öyrənmək istəyi, məsuliyyət və jurnalistikaya həvəsdir. Uğurlu təcrübəçilər gələcəkdə BİZNES TV-də əməkdaşlıq və iş imkanları üçün dəyərləndirilə bilər.